“6-cı Beynəlxalq Yaxşılıq Mükafatları”nin sahibləri açıqlandı

Diyanət İşləri Başçısı və Türkiyə Diyanət Vəqfi (TDV) tərəfindən veriləcək “6- Beynəlxalq Yaxşılıq Mükafatları”nin bu ilki sahibləri Vəqf mərkəzində təşkil edilən mətbuat konfransıyla açıqlandı.

1374863
“6-cı Beynəlxalq Yaxşılıq Mükafatları”nin sahibləri açıqlandı

“TDV” tərəfindən bu il altıncı dəfə təşkil edilən "Yaxşılıq mükafatları" proqramına qatılan 500 qədər “yaxşılıq hekayəsindən” 7-si “Beynəlxalq Yaxşılıq Mükafatına” layiq görüldü.

“Yaxşılıq” və “Sədaqət” Mükafatları 12 Martda Beştəpə Millet Konqres və Mədəniyyət Mərkəzində təşkil ediləcək mərasimdə sahiblərinə təqdim ediləcək.

İngiltərənin Kembric şəhərində eyni ad ilə bilinən Məscidin tikilməsinə rəhbərlik edən Yusif İslam, dünyada yetimlərə və ehtiyacı olan insanların ümidi olmaqda səy edən aktrisa Qamzə Özçəlik, təxminən 40 ildir məscidlərə pulsuz minbər düzəldən 86 yaşlı Əli Öndər, Konyada 15 ay qaldığı həbsxanada Quranı əzbərləyən və bəzi məhkumların Quranı əzbərləmələrinə işıq tutan məhbus Abdulkadir Geylani Təkgöz, 1969-cu ildə müsəlman olduqdan sonra satın aldığı geyim mağazasını “Takva” adlı məscidə çevrinən, burada ərəb dilini öyrədən və narkotiklərə qarşı mübarizə aparan Amerikalı Siraj Vahhaj, İstanbuldakı Bakırköy-Zeytinburnu maşrutunda mikroavtobus sürücüsü işləyən və hər ay iki qızın təhsil xərclərini ödəyən Məhmət Şirin Çiçək, Nevşehirdə əkdiyi çiçəklərə uşaqların adlarını qoyaraq onların məscidə getməyə təşviq edən Taşlıbel Çiçək məscidinin mollası Əhməd Aydəmir Mükafata layiq görülüblər.



Әlaqәli Xәbәrlәr