70 Beynǝlxalq Berlin Film Festivalıda Hanauda törǝdilǝn terror aktının qurbanları yad edilib
70 Beynǝlxalq Berlin Film Festivalının açılış mǝrasimindǝ Hanauda törǝdilǝn terror aktının qurbanları bir dǝqiqǝlik sükutla yad edilib.
1363734
Almaniyanın paytaxtı Berlindǝ tǝşkil edilǝn 70 Beynǝlxalq Berlin Film Festivalının açılış mǝrasimindǝ kanadalı rejissor Phlippe Falandeaunun ‘‘My Salinger Year’’ adlı filmi nümayiş olunub.
Berlinare Palasda tǝşkil edilǝn festivalda Almaniyanın Hanau şǝhǝrindǝ törǝdilǝn terror aktının qurbanları bir dǝqiqǝlik sükutla yad edilib.
Festivalda bu il 71 ölkǝdǝn tǝxminǝn 340 film nümayiş olunacaq.
Mǝlumata görǝ, festival çǝrçivǝsindǝ 18 film ‘‘Qızıl Ayı’’ mükafatı üçün yarışacaq. Mukafatlar fevralın 29-da tǝqdim edilǝcǝk.
Әlaqәli Xәbәrlәr
2024-cü ilin ilk 2 ayında Türkiyəyə ən çox turist hansı ölkələrdən gəlib?
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm statistikasından toplanan məlumatlara görə ...