“Mehteran” hərbi orkestrinin kollektivi ilk dəfə İspaniyada festivalda iştirak etdi

İspaniyanın cənub-şərqindəki Sax qəsəbəsində hər il fevralın ilk 5 günündə “Moros y Cristianos” (Müsəlman ərəblər və xristianlar) adı ilə keçirilən festivalda bu il Türkiyə Milli Müdafiə Nazirliyi  “Mehteran” hərbi orkestrinin kollektivi iştirak edib.

1353066
“Mehteran” hərbi orkestrinin kollektivi ilk dəfə İspaniyada festivalda iştirak etdi
mehteran.jpg
mehteran.jpg
mehteran.jpg

İspaniyanın cənub-şərqindəki Sax qəsəbəsində hər il fevralın ilk 5 günündə “Moros y Cristianos” (Müsəlman ərəblər və xristianlar) adı ilə keçirilən festivalda bu il Türkiyə Milli Müdafiə Nazirliyi  “Mehteran” hərbi orkestrinin kollektivi iştirak edib.

Festivalda 8 fərqli qrup arasında 700-dən çox üzvü ilə ən izdihamlı kollektiv olan “Los Turcos” qrupunun quruluşunun 100-ci ildönümün münasibətilə dəvət edilən “Mehteran” hərbi orkestrinin kollektivi 46 nəfərlik qrupla Sax qəsəbəsinə gedib.

Qəsəbə mərkəzindəki  paradda iştirak edən və “Los Turcos” kollektivi ilə birlikdə yürüş edən “Mehteran” kollektivi ispanların böyük rəğbətilə qarşılaşdı.

Mərasim zamanı yol kənarında və artırmalarda gözləyən ispanların alqışladığı “Mehteran” kollektivi himnlərlə yanaşı ispan mahnılar da səsləndirərək xalqda ruh yüksəkliyi oyadıb.

İspan mətbuatının da rəğbətini qazanan “Mehteran” kollektivi Saxdakı “Türklər evi”ndə də kiçik konsert proqramı ilə də çıxış edib.

İlk dəfə İspaniyada olan ən qədim hərbi orkestr olan “Mehteran” kollektivi  Saxda sabah da paradda və konsert proqramlarında iştirak edəcək.



Әlaqәli Xәbәrlәr