Azərbaycandan TRT “Türkiyənin səsi” radiosuna ilk mükafat

... Mükafat alanlar arasında TRT “Türkiyənin səsi” radiosunun (TRT Dış Yayınlar Dairesi Başkanlığı) Azərbaycan redaksiyası da var idi.

Azərbaycandan TRT “Türkiyənin səsi” radiosuna ilk mükafat
Azerbaycan Dünya Jurnalistlər Birliyi_Ankara_05.jpg
Azerbaycan Dünya Jurnalistlər Birliyi_Ankara_04.jpg
Azerbaycan Dünya Jurnalistlər Birliyi_Ankara_03.jpg
Azerbaycan Dünya Jurnalistlər Birliyi_Ankara_07.jpg

 

  Bu günlərdə Azərbaycan Respublikası Dünya Jurnalistlər Birliyi (DJB) və İç Anadolu Birliyinin (İÇAN) birgə təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankarada “Ankaradan Bakıya uzanan mədəniyyət, sənət və təhsil” layihəsi çərçivəsində hər iki ölkə jurnalistlərinin birgə əməkdaşlığına dair ədəbi-bədii tədbir keçirildi.

  Tədbirdə Dünya Jurnalistlər Birliyinin sədri Almaz İlahə Əhmədova, İç Anadolu Birliyinin sədri İsmet Taş, Ankara Sənət Platformasının sədri Sultan Özateş, o cümlədən Azərbaycan və Türkiyənin ədəbiyyat, incəsənət və media nümayəndələri iştirak və çıxış etdilər.

  Mükafat alanlar arasında TRT “Türkiyənin səsi” internet radiosunun (TRT Dış Yayınlar Dairesi Başkanlığı) Azərbaycan redaksiyası da var idi. Türkiyə-Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin qorunub-saxlanılmasına görə fəaliyətinə görə fəxri diplom redaksiyannın əməkdaşı Sevda Mirzəyə (Mirzəyeva) təqdim olundu.

   Qeyd edək ki, TRT "Türkiyənin səsi" internet radiosunun Azərbaycan redaksiyası 20 ildən artıqdır TRT Xarici Yayımlar İdarəsi tərkibində fəaliyyət göstərir. 2006 - 2016-ci il tarixlərində Azərbaycan Respublikasının İctimai Radio Televiziya qurumu ilə ortaq "Qorqud Ata" proqramını Bakıdan FM dalğasından təqdim edib.

  TRT "Türkiyənin səsi" internet radiosunun Azərbaycan redaksiyası - TRT/Azerbaycan saytının əməkdaşları bu gün də Türkiyədə keçirilən bir çox Azərbaycan-Türkiyə başlıqlı tədbirlərdə fəal iştirak edir, bu mövzuda yazıları önə çıxarır, Azərbaycan, Türkiyə və bütövlükdə türk dünyasına xidmət göstərir.

  



Әlaqәli Xәbәrlәr