Türkiyə Filmləri Həftəsi Avropa ölkələrində

Türkiyənin mədəniyyət diplomatiyasını icra edən əhəmiyyətli təşkilatlardan Yunis Əmrə İnstitutu (YƏİ), uğurlu Türkiyə filmlərinin nümayişinə ev sahibliyi edən Türkiyə Filmləri Həftəsi layihəsini davam etdirir.

1304839
Türkiyə Filmləri Həftəsi Avropa ölkələrində

 

  Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin dəstəyilə həyata keçirilən layihə çərçivəsində Yüzlərlə film fərqli ölkələrdə kino həvəskarları ilə görüşür. Layihə çərçivəsində bu günə dək 20 tədbir təşkil edilib.

  Növbəti tədbir çərçivəsində isə Kann və Antalya Qızıl Portağal kimi beynəlxalq kinofestivallarda təqdir toplayan Nuri Bilgə Ceylanın filmləri 22-24 noyabr tarixlərində Romada, 2-8 dekabrda Vyanada nümayiş olunacaq.

  "Ahlat Ağacı", "Qış yuxusu" və "Bir zamanlar Anadoluda" filmlərinin nümayiş etdiriləcəyi tədbirdə kinofilm tələbələri, rejissorlar və prodüserlər ilə bir araya gələrək söhbət imkanı əldə edəcəklər.

  Türkiyə Filmləri Həftəsi çərçivəsində bir çox yerli istehsal, Livan, Bosniya və Herseqovina, Avstriya, Mərakeş, İtaliya, Macarıstan, Rumıniya və Qazaxıstanda tamaşaçılara təqdim ediləcəkdir.

 

 



Әlaqәli Xәbәrlәr