"Anadolu sivilizasiyası və Göbeklitepe izləri" sərgisi Bolqarıstanda

Sərgi Türkiyənin Bolqarıstan Səfirliyinin təşkilatçılığı və Türkiyə Mədəniyyət Nazirliyinin dəstəyiylə həyata keçirilib.

1296639
"Anadolu sivilizasiyası və Göbeklitepe izləri" sərgisi Bolqarıstanda

 

  Türkiyə dulusçuluq, rəsm və heykəltaraşlıq işlərinin nümayiş etdirildiyi "Anadolu sivilizasiyası və Göbeklitepe izləri" sərgisi Bolqarıstanın paytaxtı Sofiyada başladı.

  Sərgi Türkiyənin Bolqarıstan Səfirliyinin təşkilatçılığı və Türkiyə Mədəniyyət Nazirliyinin dəstəyiylə həyata keçirilib.

  Türkiyənin Bolqarıstan üzrə səfiri Həsən Ulusoy açılışda etdiyi çıxışında söylədi: "2019-cu il Göbeklitepe İli olduğu üçün bu bölgəni tanıtmaq və eyni zamanda, Cümhuriyyət Bayramını bolqar dostlarımız və soydaşlarımızla bərabər belə gözəl tədbirlərlə qeyd etməkdən məmnunluq duyuruq."

  Sərginin inzibatçısı Siret Uyanık isə tədbirlə bağlı dedi: “İstanbul və Ankaradan sonra Sofiyaya gəldik. 22 əl sənəti sahibi Anadoludan bənzərsiz mədəni zənginliyə malik ölkəmizin torpaqlarından aldıqları ilhamla meydana gətridikləri əsərlərdən ibarət çox gözəl bir kolleksiya təqdim edir."

  Bolqar rəssam Peter Mitchev də əsərləriylə sərgiyə qonaq rəssam olaraq qatılıb.

  "Anadolu sivilizasiyası və Göbeklitepe izləri" sərgisi 30 oktyabrda bitəcək.



Әlaqәli Xәbәrlәr