İngiliscə ortaq İslam telekanalı yaratmaq qərarına gəldilər

İslamofobiyanın yaratdığı problemlərlə mübarizə aparmaq üçün Türkiyə, Pakistan və Malayziya ingilis dilində ortaq televiziya kanalı yaratmaq qərarına gəldi.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Malayziyanın baş naziri Mahathir Məhəmməd və Pakistanın baş naziri İmran Xan ABŞ-ın Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının 74-cü baş assambleyası çərçivəsində üçlü toplantı keçiriblər.

  Pakistanın baş naziri toplantıya dair sosial media hesabından paylaşaraq yazıb:

  “Prezident Ərdoğan, baş nazir Mahathir və mən keçirdiyimiz iclasda üç ölkə olaraq kollektiv şəkildə İslamofobiyanın yaratdığı problemlərlə mübarizə aparmaq və uca dinimiz İslamı səhv məlumatlardan qurtarmaq üçün ingilis dilində bir televiziya kanalı yaratmaq qərarına gəldik. Məqsədimiz bu yolla müsəlmanlara qarşı yanlış təbliğatın qarşısını almaqdır.

  Dini dəyərləri təhqir etmək doğru deyil.

  İnsanları düzgün məlumatlandırmaq və maarifləndirmək üçün İslamdan bəhs edən film və seriallar çəkiləcək və müsəlmanlara qarşı nifrət hissini tamamilə aradan qaldırmağa xidmət ediləcək.” 

Әlaqәli Xәbәrlәr