Türkiyədə İmadəddin Nəsiminin “İraq Divanı” oxuculara təqdim olundu

Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində professor Qəzənfər Paşayevin tərtibçisi olduğu “İmadəddin Nəsimi. İraq Divanı” kitabı Türkiyə türkcəsində çap olunaraq oxuculara təqdim edildi.

1264379
Türkiyədə İmadəddin Nəsiminin “İraq Divanı” oxuculara təqdim olundu
İmadeddin Nesimi

Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində professor Qəzənfər Paşayevin tərtibçisi olduğu “İmadəddin Nəsimi. İraq Divanı” kitabı Türkiyə türkcəsində çap olunaraq oxuculara təqdim edildi.

2000 ədəd tirajla çap olunan İraq Divanı Türkiyədə fəaliyyət göstərən əsas təhsil müəssisələrinin kitabxanalarına hədiyyə olundu.

İraq Divanını Türkiyə türkcəsinə tanınmış yazar Yurtsevən Şən çevirdi.

“İmadəddin Nəsimi. İraq Divanı” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli Sərəncamına əsasən hazırlanmış “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”nın icrası məqsədilə çap olundu.

“İmadəddin Nəsimi. İraq Divanı” “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə çap olunan sayca 42-ci kitabdır..



Әlaqәli Xәbәrlәr