76-cı Beynəlxalq Venesiya Kino Festivalında göstəriləcək filmlər bəlli oldu

İtaliyada 76-cı Beynəlxalq Venesiya Kino Festivalında göstəriləcək filmlər bəlli oldu.

1242966
76-cı Beynəlxalq Venesiya Kino Festivalında göstəriləcək filmlər bəlli oldu

  İtaliyada 76-cı Beynəlxalq Venesiya Kino Festivalında göstəriləcək filmlər bəlli oldu.

  Venesiyada hər il ənənəvi olaraq avqustun sonunda başlayıb sentyabrın ilk həftəsi ərzində davam edən dünyanın ən əski film festivalının 76-cısının təqdimatı paytaxt Romada keçirildi.

  Festivalın böyük mükafatı üçün Kore-eda Hirokazunun "La Verite", Haifaa əl-Mansourun "The Perfect Candidate" (İdeal namizəd), Roy Andersonun "Om det oandliga", Olivier Assayasın "Wasp Network", Noah Baumbachın "Marriage Story" (Nigah tarixi), Atom Eqomyanın "Guest of Honour", Ceyms Qreyin (James Gray) "Ad astra", Tiaqo Qedesin (Tiago Guedes) "A herdade", Robert Qediquyan (Robert Guediguian) "Gloria mundi", Siro Querranın (Giro Guerra) "Waiting for the Barbarians", Pablo Larrenin (Pablo Larrain) "Ema", Lou Yenin "Saturday Fiction", Pyetro Marçellonun (Pietro Marcello) "Martin Eden", Franco Maresconun "La mafia non e piu quella di una volta", Vatslav Marholun (Vaclav Marhoul) "The painted bird", Todd Fillipsin (Todd Phillips) "Joker", Roman Polanskinin "J’Accuse", Stiven Soderberqin "The Laundromat", Şennon Mörfinin (Shannon Murphy) "Babyteeth" və Mario Martonenin "İl sindaco del Rione Sani" filmi, o cümlədən 20 kino istehsalçıları yarışacaq.
  Baş rolunda Bred Pitt oynadığı "Ad Astra", Roman Polanskinin rejissoru olduğu "Jaccuse", Xoakin Feniksin (Joaquin Phoenix) baş rolda yer aldığı "The Joker" ilə Qari Oldman, Antonio Banderas və Meril Stripin baş rollarını paylaşdığı "The Laundromat" festivalın iddialı filmləri arasında göstərilir.

  Festivalın qeyri-müsabiqə bölümündə və "Üfüqlər" kateqoriyasında isə 18 film kinosevərlərə təqdim ediləcək.

  Direktorluğunu Alberto Barberanın etdiyi və 28 avqustda başlayacaq festival böyük mükafat “Qızıl aslan” və digər mükafatların sahiblərini tapması ilə 7 sentyabrda sona çatacaq.



Әlaqәli Xәbәrlәr