‘‘Saraybosnanın Qəlbi" mükafatı  uğrunda 53 film mübarizә aparacaq

25-ci Saraybosna Film Festivali  16-23 avqust tarixlәri arasında Bosniya vә Herseqovinada keçirilәcәk.

1239055
‘‘Saraybosnanın Qəlbi" mükafatı  uğrunda 53 film mübarizә aparacaq

 

 

25-ci Saraybosna Film Festivali  16-23 avqust tarixlәri arasında Bosniya vә Herseqovinada keçirilәcәk.

‘‘Saraybosnanın Qəlbi" mükafatı  uğrunda 9 uzun metrajlı,  14 qısa metrajlı, 16 sənədli film başda  olmaqla 53 film mübarizә aparacaq. Mәlumata görә, festival Saraybosnadakı tarixi Milli Teatr binasında baş tutacaq.

Festivalda Bosniya vә Herseqovina ilә yanaşı,  Türkiyə, Albaniya, Avstriya, Azərbaycan, Bolqarıstan, Xorvatiya, Cənubi Kipr, Yunanıstan, Gürcüstan, Macarıstan, Kosovo, Şimali Makedoniya, Malta, Ermәnistan,  Moldova, Monteneqro, Rumıniya, Serbiya və Sloveniya filmlәri dә nümayiş olunacaq.

Bosniya və Herseqovinada 1992-1995-ci illərdə baş verən qanlı müharibənin izlərini silmək və paytaxt Saraybosnanı  yenidən mədəniyyət vә sәnәtin beşiyinә çevirmәk  məqsədilə keçirilәn festival çәrçivәsindә 26 filmin ilk premyerası da olacaq.

Festivalda bu günə qədər Robert de Niro, Ancelina Jolie, Bred Pitt, Orlando Bloom, Daniel Kreyq, Con Malkovich, Morqan Freeman, Jerar Depardieu və Nuri Bilgə Ceylan kimi çox sayda aktyor  iştirak ediblәr.



Әlaqәli Xәbәrlәr