İzmirli gənc pianist beynəlxalq müsabiqənin qalibi oldu

Musiqi istedadı 4 yaşında kəşf edilən Nehir Özzəngin İtaliyada keçirilən Beynəlxalq Nikola Di Stefano Piano Müsabiqəsinin qalibi oldu.

1228766
İzmirli gənc pianist beynəlxalq müsabiqənin qalibi oldu

Musiqi istedadı 4 yaşında kəşf edilən Nehir Özzəngin İtaliyada keçirilən Beynəlxalq Nikola Di Stefano Piano Müsabiqəsinin qalibi oldu.
 
 Yaşar Universitetindən verilən məlumata görə, universitetin Davamlı Təhsil Mərkəzi Musiqi Akademiyasının tələbəsi olan Özzəngin musiqi sahəsindəki fəaliyyətini 10 ildir ki, fasiləsiz davam etdirir.
 
 Özzəngin İtalyanın Puglia bölgəsində təşkil olunan Beynəlxalq Nikola Di Stefano Piano Müsabiqəsində öz kateqoriyasında birinci olub.
 
 Beləliklə, izmirli gənc istedadlı qız beləliklə, İtaliyanın mühüm musiqi festivallarından Ars Nova Musiqi Festivalında konsert vermək hüququnu da əldə edib.
 
 Son iki ildə beynəlxalq səviyyədə 6 uğura imza atan Özzəngin keçən il İtaliyadakı 26-ci Beynəlxalq Kortemilia Piano Müsabiqəsində birinci, Beynəlxalq Motsart Akademiyası Fortepiano Müsabiqəsində ikinci və üçüncü, Beynəlxalq Sezar Frank və Beynəlxalq Ischia fortepiano müsabiqələrində ikinci yerlərin mükafatçısı oldu.
 
 Qalibiyyətindən danışan 14 yaşlı Özzəngin musiqinin hər zaman həyatında olmasını istədiyini bildirib.
 
 Gənc istedadlı qız ölkəsini ən yaxşı şəkildə təmsil etməyi qarşısına məqsəd qoyduğunu vurğulayaraq bunları qeyd edib: "Ana və atasından dəstək görən hər bir uşağın mütləq hər sahədə çox uğurlu olacağına inanıram. Hekayəmdən nümunə götürən bir çox qızın mənə çatmaq istəyinə görə isə xüsusi xoşbəxtəm. Ümid edirəm ki, mükafatlarım bütün qız uşaqlarına ilham olmağa davam edəcək".



Әlaqәli Xәbәrlәr