Qanuni Sultan Süleymanın portreti satıldı

İtaliyalı rəssam Gentile Bellininin üslubunu izləyən bir rəssam tərəfindən təsvir edildiyi təxmin edilən Qanuni Sultan Süleymanın portreti satıldı.

1193551
Qanuni Sultan Süleymanın portreti satıldı

"İslam Dünyası İncəsənətləri" kolleksiyası mərkəzi Londonda olan Sotheby’s hərrac evi  tərəfindən satışa təqdim edildi

Sotheby's hərrac evindən yayılan bəyanatda bildirilib ki, hərraçda satışa çıxarılan 311 ədəd incəsənət əsər arasında iştirak edən İtalyan rəssam Gentile Bellininin izləyicilərindən biri tərəfindən rəsm edildiyi güman edilən Qanuni Sultan Süleymanın portreti 5 milyon 323 min 500 sterlinqə satıldı.

 Tablonun hərrac əvvəli 250 ilə 350 min sterlinqə satılacağı təxmin edilirdi. Ancaq Orta Şərq və İslam Sənəti Mütəxəssisi Alexandra Roy hərracda satışa təqdim ediləcək ən dəyərli iki əsərin Qanuni Sultan Süleyman portretinin olduğunu söyləmişdi.

 

 



Әlaqәli Xәbәrlәr