"Şanxay Beynəlxalq Film Festivalı"ın  münsif heyətinin rəhbəri məlum oldu

Məşhur rejissor Nuri Bilgə Ceylan, 15 İyunda  start götürəcək olan  "Şanxay Beynəlxalq Film Festivalı"  münsif  heyətinə  rəhbərlik  edəcək.

1183559
"Şanxay Beynəlxalq Film Festivalı"ın  münsif heyətinin rəhbəri məlum oldu

"Bir Zamanlar Anadoluda", "Üç meymun", "Uzaq", "İqlimlər" və "Ahlat Ağacı" filmlərinin mükafatlı rejissoru Ceylan, festivalda "Golden Goblet Mükafatları"na  layiq  olanları müəyyənləşdirəcək münsif   heyətinə  başçılıq  edəcək.  

Festival rəhbərliyindən edilən şərhdə, Türkiyənin "milli xəzinəsi" olaraq xarekterizə  edilən  Ceyranın bu günə qədər 6 film  ilə   qatıldığı Cannes Film Festivalında Ən Yaxşı Rejissor, Ən Yaxşı Film və Münsif Mükafatı sahibi olduğuna diqqət  çəkilib.

Bu günə qədər Luc Besson, Chen Kaige, Wong Kar-wai, Danny Boyle, John Woo, Jean-Jacques Annaud, Tom Hooper, Gong Li, Andrei Zvyagintsev, Emir Kusturica, Cristian Mungiu və Jiang Wenin münsif  heyətində   iştirak  etdiyi    festival 24 İyunda  sona  çatacaq. 



Әlaqәli Xәbәrlәr