Albaniyada Türkiyə Filmləri Həftəsi

Albaniyanın paytaxtı Tiranada Türkiyə Filmləri Həftəsi çərçivəsində "Sevdaların ölümü" filminin nümayişilə bağlı “Yeşilçam” kinostudiyasının tanınmış aktrisası Perihan Savaş Albaniyadakı sənətsevərlərlə bir araya gəldi.

1173623
Albaniyada Türkiyə Filmləri Həftəsi

 

  Yunus Əmrə İnstitutu tərəfindən Türkiyə Mədəniyyət və Turizm Nazirliyi kino baş idarəsinin dəstəyilə keçirilən Türkiyə Filmləri Həftəsində "Sevdaların ölümü" filmi göstərildi. Filminin baş rol ifaçısı, “Yeşilçam”ın tanınmış aktrisası Perihan Savaş bu çərçivədə sənətsevərlərlə görüşdü.

  Tədbirin açılışında Türkiyənin Albaniya Səfirliyinin müşaviri, Muammer Hakan Cengiz Türkiyə kinosunun, xüsusilə son 10 ildə həm milli, həm də beynəlxalq səviyyədə yüksəldiyini bildirərək dedi:

  “Türkiyə kinoları təkcə ölkədə deyil, beynəlxalq aləmdə də milyonlarla tamaşaçı tərəfindən izlənir. Filmlərin prodüser, rejissor, aktyor, ssenarist və texniki briqadaları beynəlxalq sahədə mühüm kino mükafatları qazanır. Türkiyə seriallarına Albaniyada olan münasibəti də bilirik. Bundan sonra da Türkiyə kinosuna marağın artmasını istəyirik."

  Perihan Savaş kinosevərlərlə görüşməkdən məmnunluq duyduğunu dilə gətirdi, tədbirin keçirilməsində əməyi keçən Yunis Əmrə İnstitutuna təşəkkür etdi.

  Türkiyənin Albaniya Səfirliyi ilə Türkiyə və Albaniya təşkilatlarının da dəstəklədiyi Türkiyə Filmləri Həftəsi Türkiyə kino aktyoru Gürkan Uygunun iştirakı ilə 30 martda başa çatır.



Әlaqәli Xәbәrlәr