Beynəlxalq turizm sərgisinə Belqrad ev sahibliyi edir

41-ci Beynəlxalq turizm sərgisi Serbiyanın paytaxtı Belqradda qapılarını ziyarətə açdı.

1150159
Beynəlxalq turizm sərgisinə Belqrad ev sahibliyi edir

“Yaza güman etdiyinizdən də az qaldı” şuarı ilə təşkil edilən və 24 Fevrala qədər davam edəcək sərgidə aralarında Türkiyənin də iştirak etdiyi 38 ölkədən 650 firma təmsil olunur.

Bu il Bolqarıstanın "Partner ölkə" olduğu sərginin açılışına qatılan Bolqarıstan Turizm naziri Nikolina Angelkova sərginin həm ölkələrə turizm potensialının təqdimatına imkan yaratdığını həm də yeni əməkdaşlığa töhvə verəcəyini bildirib.

Ev sahibi Serbiya Ticarət Turizm və Telekommunikasiya naziri Rasim Ljajic də ölkəsinin turizmdən əldə etdiyi gəlirin 1,5 milyard dollara çatdığını ifadə edərək, Serbiyanın "etibarlı ölkə" tərifi ilə uğunlaşdığını qeyd edib.

Belqrad Bələdiyyə Başçısı Zoran Radojicic isə Sofiya və Belqradın turizm sahəsində bölgədə əhəmiyyətli rol oynadıqlarını ifadə edərək, hədəflərinin gələn hər turistin Serbiyadan xoş xatirələr ilə ayrılmasını təmin etmək olduğunu qeyd etdi. Sərgini 24 Fevrala qədər 70 min adamın ziyarət etməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr