"Turkish Chamber Orchestra"nın Parisdə konsert proqramı oldu

"Turkish Chamber Orchestra" Fransanın paytaxtı Parisdə konsert proqramı ilə çıxış etdi.

1121591
"Turkish Chamber Orchestra"nın Parisdə konsert proqramı oldu

"Turkish Chamber Orchestra" Fransanın paytaxtı Parisdə konsert proqramı ilə çıxış etdi.

Türkiyə Prezident Aparatının himayəsilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlığında Betin Günəşin dirijorluğu ilə "Turkish Chamber Orchestra" “Körpü və o yana” adlı konsert proqramını Parisdə keçirdi.

Yunus Emre İnstitutunun Paris müdiri Əhməd Bakcanın ev sahibliyində keçirilən konsert proqramında Paris səfiri İsmayıl Haqqı Musa və çox sayda Türk və xarici dəvətli iştirak etdi.

Orkestra saz sənətçisi Əhmət Koçun müşayiət etdiyi konsert proqramında Mosart, Dmitri Shostakovich, Aşıq Veysəl, Aşıq Mahsuni Şərif və Chris Rea kimi sənətçilərin əsərləri səsləndirildi.

Şərq ilə Qərbin musiqinin harmoniyası olan konsert proqramına izləyənlərin böyük rəğbətini qazandı.



Әlaqәli Xәbәrlәr