Azərbaycan-Türkiyə başlıqlı Beynəlxalq X Ankara İncəsənət Festivalı

Dekabrın 22-dən (2018) Türkiyənin paytaxtı Ankarada “İki dövlət, bir millət” layihəsi çərçivəsində Türk Əl Sənətləri Sərgisi və Ədəbiyyat Günləri başladı.

1112675
Azərbaycan-Türkiyə başlıqlı Beynəlxalq X Ankara İncəsənət Festivalı

  Dekabrın 22-dən (2018) Türkiyənin paytaxtı Ankarada “İki dövlət, bir millət” layihəsi çərçivəsində Türk Əl Sənətləri Sərgisi və Ədəbiyyat Günləri başladı.

  Ankara Sənət Qalereyasının sədri, rəssam və şair Sultan Özateşin Ankara Böyükşəhər Bələdiyyəsi Sənət Qalereyasında (Atatürk Bulvarı, Zafer Çarşısı İçi) təşkil etdiyi tədbir dekabrın 31-inədək xalqa açıqdır.  

  İlk çıxışı Sultan Özateş edərək dedi:

  “Hər il beynəlxalq səviyyədə və artıq ənənəyə çevrilmiş bu tədbir vasitəsilə ürəkləri paytaxtda görüşdürürük. 2005-ci ildə qurduğumuz Ankara Sənət Qalereyası - incəsənət platforması ilə Azərbaycan və Türkiyə türk əl sənətləri ustaları və ədəbiyyata könül verən şair və yazıcıları bir araya gətirir, bununla “ümumtürk mədəniyyətini tanıtmaqda bizim də xidmətimiz olsun” deyirik.

  “İki dövlət, bir millət” layihəsi çərçivəsində 2014-cü ildən bəri davam edən qızıl əllər, hünərli bacarıqlar, şair qələmlər, qədim naxışlar, xəyala daldıran rənglər, hədiyyəlik əşyalar və yazılan kitablar toplusu Türkiyənin paytaxtı Ankarada 10-cu dəfə bir araya gəlir. Bu tədbir həm Ankara incəsənət festivalı, həm “Danışan motiflərimiz”, həm “Əhli-Hiref” (Ehl-i Hiref) sərgisi, həm də “Şair baxışlı qələmlər” fəaliyyətlərinin məcmuyudur.

  Biz qədim türk sənətlərini gələcəyə daşıyan könüllü qeyri-hökumət hərakatıyıq.

  “Əhli-Hiref” keçmiş sənət cərəyanlarını davam etdirən, incəsənəti peşəyə çevirən sənət əhlinə, bu işin ustaları və şagirdlərinə verilən addır.

  Beynəlxalq X Ankara Sənət Festivalında Türkiyənin müxtəlif şəhərlərindən, o cümlədən, Azərbaycan Respublikasından sözlü-sənətli tanınan qonaqlarımız iştirak edir. Dekabrın 31-ədək Ankaradan Figen Abiş, Ümit Dilek Aydoğan, Tülay İrmak, Həlimə Merttürk, Safiyə Kara, Merve Öztürk, Hicran Kaya, Nuray Baştürk, Adəm Yılmaz, Qarsdan Sevgi Gültekin, Cihan Ergün, Çankırıdan Gökşen Arslantaş, Nesrin Ercan, Konyadan Rəcəb Tuğ, Kuşadasından Əminə Keskin, Manisadan Dilek Gürer, İzmirdən Məryəm Pişkinkaya, Balıkesirdən Çetin Kabadayı, Adıyamandan Seval Beyazgül, Hataydan Adnan Yoğurtcu, qardaş Azərbaycandan Qalibə Cəfərova, Aybəniz Qafarlı, Qalib Ədalət, Güllü Əhmədova, Şimali Kıbrısdan Dilek Yaka və adlarını çəkə bilmədiyim onlarla ədəbiyyat və insəcənət adamı festivalın sərgi və imza mərasimlərilə qarşınızdadır.”

  Tədbir və sərginin fotoqalereya linkləri:

http://www.trt.net.tr/azerbaycan/photogallery/m-d-niyy-t-v-s-n-t/beyn-lxalq-x-ankara-inc-s-n-t-festivali

http://www.trt.net.tr/azerbaycan/photogallery/m-d-niyy-t-v-s-n-t/ankarada-hli-hiref-s-rgisi

 

 

 



Әlaqәli Xәbәrlәr