Qəzzada Qırmızı Xalça Film Festivalı başladı

Qəzzada bu il 4-cü dəfə təşkil olunan Qırmızı Xalça Film Festivalının açılışında İsrail hərbçiləri tərəfindən şəhid edilən fələstinli jurnalist Yasir Murtəcanın ekranlaşdırdığı film nümayiş olundu.

1095822
Qəzzada Qırmızı Xalça Film Festivalı başladı

 Qəzzada bu il 4-cü dəfə Qırmızı Xalça Film Festivalı təşkil  olundu.

Qəzzanın film şirkətlərinin təşkil etdiyi və 4 gün davam edəcək festivalda 50 yerli və xarici film nümayiş olunacaq.

 Qəzzanın qərbindəki Qızılay kinoteatrında təşkil olunan festivalın açılışında çox sayda film prodüseri və jurnalist iştirak etdi.
 
 Festivalın açılışı Murtəcanın, Amerika Birləşmiş Ştatlarında  universitet təhsilini davam etdirmək istəyən gəncin Qəzzadan çıxmaq üçün bir il apardığı mübarizəsindən bəhs edən "İki sərhəd arasında" adlı filmin nümayişi ilə başladı.
 
 Beləliklə,  Murtəca haqqındakı filmin ərəb və beynəlxalq festivallarda göstərilməsi xəyalı həyata keçdi.
 
 Festival çərçivəsində fələstinlilərin İsrailin Qəzzaya hücumları səbəbindən yaşadıqları çətinliklərdən bəhs edən filmlər göstəriləcək.
 
 Qırmızı Xalça Film Festivalı ilk dəfə 2014-cü ildə Qəzzanın Əş-Şucaiyyə məhəlləsində təşkil olunub.

İlk festivalda İsrailin o ildəki hücumlarında dağılan yüzlərlə evin xarabaları üzərində qırmızı xalça sərilmişdi.
 
 Qəzzada 2000-ci ildən bu yana kinoteatrlar fəaliyyət göstərmir.
 
 Xatırladaq ki, jurnalist Murtəca aprelin 6-da "Böyük Qayıdış Yürüşü"nü təqib etdiyi zaman İsrail hərbçilərinin açdığı atəş nəticəsində yaralanıb və aprelin 7-də aldığı yaradan vəfat edib.



Әlaqәli Xәbәrlәr