Türkiyə film və yaradıcıları Azərbaycanda

Azərbaycanın paytaxtı Bakıda IV Türkiyə Filmləri Həftəsi başlayıb.

1094113
Türkiyə film və yaradıcıları Azərbaycanda

   Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyi və Türkiyənin Azərbaycandakı Səfirliyinin təşkil etdiyi tədbirin açılış mərasimində Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Ordu rayonu üzrə millət vəkili Metin Gündoğdu, Prezident Aparatının baş müşaviri Yalçın Topçu, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral, Azərbaycan millət vəkilləri, kino və sənət aləmindən çox sayda dəvətlilər iştirak edib.  

  Türkiyə Filmləri Həftəsində 5 kinofilm nümayiş olunacaq.

  27 noyabra qədər davam edəcək tədbirdə 5 film gündə iki dəfə olmaqla tamaşaçılara təqdim ediləcək.

  Tədbir çərçivəsində azərbaycanlı kinosevərlər Türkiyənin məşhur aktyor və rejissorları ilə bir araya gəlmək fürsəti qazanır.



Әlaqәli Xәbәrlәr