55-ci Beynəlxalq Antalya Film Festivalı mükafatları verildi

Antalya Böyükşəhər Bələdiyyəsinin ev sahibliyilə gerçəkləşən 55-ci Film Festivalının mükafat mərasimi “Cam Piramit”də keçirildi.

1063607
55-ci Beynəlxalq Antalya Film Festivalı mükafatları verildi

  55-ci Beynəlxalq Antalya Film Festivalının “Ən yaxşı film” mükafatını İran rejissoru Cəfər Pənahinin çəkdiyi “Üç üz” (three Face) film qazandı. Amma rejissor ev həbsində olduğu üçün mükafatını qızı aldı.

  Antalya Böyükşəhər Bələdiyyəsinin ev sahibliyilə gerçəkləşən 55-ci Film Festivalının mükafat mərasimi “Cam Piramit”də keçirildi.

  Mayk Douneyin (Mike Downey) rəhbərliyilə 8-i beynəlxalq, 2-si milli olmaqla 10 filmin yarışdığı festivalda "Ən yaxşı aktrisa" mükafatını "Ayka" filminin aktrisası Samal Yeslyamova, "Ən yaxşı aktyor" mükafatını "Capernaum" filmindəki roluna görə kiçik qaçqın Zain əl-Rafeea qazanıb.

  “Ən yaxşı rejissor" mükafatı “Bir ailə işi” (Shoplifters) filminin rejissoru Hirokazu Koreedaya verilib.

  Təxminən 1200 qonağı bir araya gətirən Antalya 55-ci Film Festivalında 34 min 900 nəfər film izləyib.

  Mərasimdə “Dr. Avni Tolunay Tamaşaçı Mükafatı” "Miqrasiya mövsümü (Birds of Passagea) filminə verilib.

   "Fəxri mükafat"ın (Onur ödülü) sahibi Türkiyə estrada musiqisinin kralı sayılan İbrahim Tatlısəs olub, amma o, festivalda iştirak edə bilmədiyinə görə mükafatı onun adına müğənni və aktyor Yavuz Bingöl alıb.

   Digər "Fəxri mükafat" alan amerikalı aktyor Erik Roberts olub.

  Ssenari müəllifi, rejissor və aktyor Cem Yılmaza "Həyat boyu müvəffəqiyyət" mükafatı təqdim edilib.

 



Әlaqәli Xәbәrlәr