Əminə Ərdoğan Almaniyada Perqama Muzeyinə də baş çəkdi

R.T.Ərdoğanın Almaniya səfərinə yoldaşlıq edən Əminə Ərdoğan bir qismi bərpa ilə əlaqədar bağlı olan muzeydə direktoru və ekskursavodlardan məlumat alıb, əsərləri maraqla izləyib.

1058512
Əminə Ərdoğan Almaniyada Perqama Muzeyinə də baş çəkdi

  Türkiyə prezidenti Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Almaniyanın paytaxtı Berlində Perqama (Pergama) Muzeyinə baş çəkib.

  R.T.Ərdoğanın Almaniya səfərinə yoldaşlıq edən Əminə Ərdoğan bir qismi bərpa ilə əlaqədar bağlı olan muzeydə direktoru və ekskursavodlardan məlumat alıb, əsərləri maraqla izləyib.

  Muzeydə suriyalı bir qonaq sənətkarla da tanış olan Əminə Ərdoğan ondan vətəndaş müharibəsi və Suriya sərvətlərini ortaya qoyan əsəri haqqında məlumat alıb.

  Berlin muzey adasında yerləşən, antik dövrlər kolleksiyası, Yaxın Şərq əsərləri və Türk-İslam sənəti kolleksiyalarından ibarət olan muzeydə Türkiyədən də çox sayda arxeoloji tapıntılar var. Məsələn, ən çox gəzilən müzeylərdən biri olan Perqamada Türkiyədən gətirilən Zeus Məbədi də yer alır.



Әlaqәli Xәbәrlәr