Londonda azərbaycanlı rəssamların sərgisi açılıb

Azərbaycan Respublikasının Londondakı səfirliyində incəsənət sərgisi açılıb.

1057141
Londonda azərbaycanlı rəssamların sərgisi açılıb

Azərbaycan Respublikasının Londondakı səfirliyində incəsənət sərgisi açılıb.

Kaspi Müasir İncəsənət Qalereyası və Birləşmiş Krallıqda Azərbaycanlı Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşan sərginin açılış mərasimində xarici qonaqlar və Londonda fəaliyyət göstərən səfirliklərin nümayəndələri iştirak ediblər.

Qadınlar Assosiasiyasının qurucusu və fəxri prezidenti Ülviyyə Tağızadə əsərlər haqqında məlumat verib. Bildirib ki, sərgidə 5 müasir rəssamın əsərləri yer alıb. Onlardan 4-ü Azərbaycan, 1-i isə Özbəkistan rəssamıdır. Bu rəssamlar yaradıcılıq üslubu baxımından bir-birindən fərqlənsələr də, onların təmsil etdikləri region adət və ənənələri, rəng və emosiyaları birləşdirir.

Sərginin məqsədi təkcə incəsənət əsərlərini nümayiş etdirmək deyil, eyni zamanda, rəssamları, onların həyat və yaradıcılıqlarını diqqət mərkəzinə çəkməkdir. Sərginin əsas ideyası təqdim olunan əsərlərin hekayəsini London incəsənət auditoriyasına çatdırmaqdır.

Sərgi iki gün davam edəcək.

 

 

Mənbə: AZƏRTAC   



Әlaqәli Xәbәrlәr