Ən qədim daşlaşmış heyvan qalığı aşkarlandı

Elm xadimləri indiyədək qeydiyyatlarda yer tutan ən qədim daşlaşmış heyvan qalıqlarını aşkar etdilər.

1054104
Ən qədim daşlaşmış heyvan qalığı aşkarlandı

Elm xadimləri indiyədək qeydiyyatlarda yer tutan ən qədim daşlaşmış heyvan qalıqlarını aşkar etdilər.

Avstraliya Milli Universitetindən araşdırmaçılar Rusiyanın şimal-qərbində Rusiya ilə Filandiya arasındakı Ağ dəniz sahillərində Ediakara dövrünə məxsus 558 milyon illik canlı heyvana məxsus daşlaşmış qalıq tapdı.  

“Dickinsonia” cinsinə aid çox hücəyrəli orqanizmin qalıqlarında yağ molekulları aşkar ədilib.

Elm xadimləri bunun canlının heyvan növü olaraq təsnifatı üçün kiyafətli sübut olduğunu bildirib.

Məlum olan heyvan növləri 540 milyon il əvvəl başlayan və “Kambriyen partlayış” kimi adlandırılan biyoloji canlanma dövründə ortaya çıxıb.

Qeydiyyatlardakı ən qədim daşlaşmış heyvana aid qalıqlar bu dövrə məxsus idi.

Ediakara dövrünə məxsus daşlaşmış qalıqda yağ molekulları tapılması ilə paleontologiyanın ən böyük sirrlərindən biri aşkarlandı.

Bu çərçivədə Kambriyen partlayışından əvvəlki dövrə məxsus canlıların bəzilərinin heyvan növləri arasında təsnif edilməsinin vacibliyi ortaya çıxdı.

Araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub.  



Әlaqәli Xәbәrlәr