IX Brüssel Cizgi Hekayə festivalı

Yunus Əmrə İnstitutu (YEE) və Küveyt-Türkiyə qurumunun əməkdaşlığıyla hazırlanan “Mantıkut Tayr” (Quşların mahnısı) miniatür sərgisi və bu sərginin təsirilə hazırlanan uşaq hekayə kitabı Brüssel Cizgi Hekayə festivalında nümayiş olunub.

1050353
IX Brüssel Cizgi Hekayə festivalı

  Yunus Əmrə İnstitutu (YEE) və Küveyt-Türkiyə əməkdaşlığıyla hazırlanan “Mantıkut Tayr” (Quşların mahnısı) miniatür sərgisi və bu sərginin təsirilə hazırlanan uşaq hekayə kitabı Brüssel Cizgi Hekayə festivalında nümayiş olunub.

  Red Kit və Şirinlər kimi məşhur çizgi film xarakterlərinin də göstərildiyi və Belçikanın paytaxtı Brüsseldə bu il doqquzuncu təşkil edilən festivala hər il təxminən 100 min adam gəlir.

  Bu il festivala Türkiyədən Özcan Özcan, miniatür sənətkarları Arzu Akbulut, İsmət Gömeç, “Quşların mahnısı” uşaq hekayə kitabının müəllifi Ayşegül Kapusuz və Küveyt-Türkiyə Qurumunun direktoru Emre Memi iştirak edib.

  Sentyabrın 14-də başlayan və 16-da sona çatan festivala "2018 Avropa Mədəni İrsi ili” elan edilməsilə əlaqədar ənənəvi cizgiləri bu günə daşıyan çox sənətçi dəvət edilmişdi. Beynəlxalq pavilyondakı Avropa İttifaqı Mədəniyyət İnstitutları (EUNIC) stendində Türkiyə ilə yanaşı, Bask bölgəsi, Çexiya, Estoniya, Macarıstan, Latviya, Lüksemburq, Polşa, Portuqaliya və Rumıniyadan olan sənətkarlar da yer alırdı.



Әlaqәli Xәbәrlәr