Türkiyədə beynəlxalq piano festivalı keçiriləcək

Sentyabrın 1-də Antalyada XIX Beynəlxalq Piano Festivalı başlanacaq.

1040280
Türkiyədə beynəlxalq piano festivalı keçiriləcək

Sentyabrın 1-də Antalyada XIX Beynəlxalq Piano Festivalı başlanacaq.

Antalya Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq piano festivalı çərçivəsində, həmçinin vokal çıxışların və rəqs şoularının təqdimi nəzərdə tutulur.

Sentyabrın 9-da tanınmış tunisli etnik caz ustadı Dhafer Youssefin konsert proqramı ilə festivala yekun vurulacaq. Sufi ənənəsi, caz elementləri və ərəb lirizminin yer aldığı konsertdə sənətkar “Diwan of Beauty and Odd” adlı albomunu musiqisevərlərə təqdim edəcək.

Festival çərçivəsində gənc pianoçuların müsabiqəsi də keçiriləcək.

 

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr