İranlı musiqiçi Mohsen Namjoo İstanbulda konsert verdi

İranlı musiqiçi, şair və musiqişünas Mohsen Namjoo İstanbulda musiqisevərlərlə görüşdü.

1026526
İranlı musiqiçi Mohsen Namjoo İstanbulda  konsert verdi

İranlı musiqiçi, şair və musiqişünas Mohsen Namjoo İstanbulda musiqisevərlərlə görüşdü.
 
 Əsərlərində İran musiqisini müasir mahnılarla bir araya gətirən sənətkar  "İstiqbal Hərbiyə Açıq Hava Konsertləri" çərçivəsində ilk dəfə İstanbul Böyükşəhər Bələdiyyəsi Hərbiyə Cəmil Topuzlu Açıq Hava Teatrında konsert verdi.
 
 Namjoo konsertlərində  çıxış etmədiyini bildirərək: "İranda iqtisadi vəziyyət nə qədər pis olsa da, buraya məni izləməyə gələn iranlı dostlarıma çox təşəkkür edirəm.  Türk dostlarıma da qonaqpərvərliklərinə görə çox təşəkkür edirəm. Hamınızı sevirəm" dedi.
 
 Uzun müddət səhnədə qalan Namjoo konsertdə gitara ilə yanaşı, sitar və dutar çaldı.
 
 "The New York Time"s tərəfindən İranın "Bob Dylan"ı kimi göstərilən, İran və Qərb musiqisini özünəxas şəkildə yorumlayan sənətkarı konsertdə iranlı və türkiyəli tamaşaçıları maraqla izlədilər.
 
 Sənətkarı səhnədə barabanda Yəhya Alkhansa, elektro-gitarada Anders Nilson, bas gitarada Sean Conly müşayiət etdilər.



Әlaqәli Xәbәrlәr