XVI Beynəlxalq Bodrum Balet Festivalı avqustun 1-dən başlayır

Festıval avqustun 15-ədək davam edəcək.

1017686
XVI Beynəlxalq Bodrum Balet Festivalı avqustun 1-dən başlayır

XVI Beynəlxalq Bodrum Balet Festivalı avqustun 1-dən başlayır.

  Bodrum Böyükşəhər Bələdiyyəsinin köməyi ilə Antik Teatrın tarixi atmosferində keçiriləcək festivalın açılışı Nikos Kazancakisin 35-dən çox ölkədə nümayiş etdirən məşhur əsəri "Zorba" ilə başlayacaq. Mikis Teodorakisin musiqisi, Lorca Massinenin mətn və xoreoqrafiyası əsasında hazırlanan əsər Ankara Dövlət Opera və Baleti tərəfindən təqdim ediləcək.

  İspaniyadan gələn Rosario, Ricardo və Joze Castro Romero adlı üç qardaşın yaratdığı "Castro Romero Flamenco" qrupu 3 avqustda öz musiqi və xoreoqrafiya əsasında hazırladıqları “Esencia Flamenca” əsəri ilə səhnəyə çıxacaq.

  Vyana Dövlət Opera və Balet Teatrı baletinin ulduzları "Baletin ən yaxşıları” kompazisiyasını 8 avqustda nümayiş etdirəcək.

  İstanbul Dövlət Opera və Balet Teatrının artistləri tərəfindən 11 avqustda "Don Kixot" baleti təqdim olunacaq.

  Festivalın 15 avqustdakı bağlanış mərasimində Ankara Dövlət Opera və Balet Teatrının Müasir Rəqs Ansamblı "Frida"yə ifa edəcək.



Әlaqәli Xәbәrlәr