İhlara vadisi Kappadokiyada görməli 3 əsas yerdən biridir

Türkiyənin ən çox ziyarət edilən 10 abidəsi ilə arasında yer alan, tarixi və təbii gözəlliklərin görüşdüyü İhlara vadisinə ilin ilk 6 ayında 220 min yerli və xarici turist səfər edib.

1012850

  Aksaray Mədəniyyət və Turizm müdiri Mustafa Doğan deyib: “Rayondakı İhlara vadisi, Selma kilsəsi, Saratlı Yeraltı şəhəri, Sultanhanı karvansarayı və Somuncubaba türbəsi gələn qonaqların ən çox maraq göstərdiyi yerlərdir. İhlara vadisinin Kappadokiyada 3 ən mühüm yerdən biridir. 2018-ci ilin əvvəlindən Türkiyədə turistlərin ən çox gəldiyi yerlər Kappadokiya və Aksaray olub. Keçən ilin ilk 6 ayı ilə müqayisədə turist sayında 26 faiz artım var. Bu ilin ilk yarımilində 220 min turistimiz olub. İlin sonuna qədər bu rəqəmin 500 mini keçəcəyini düşünürük.”

Әlaqәli Xәbәrlәr