Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin konfransı keçiriləcək

15-20 iyul 2018-ci il tarixində Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – ISME) 33-cü Ümumdünya Konfransı keçiriləcək.

1009554

Musiqi təhsili üzrə dünyanın müxtəlif ölkələrindən 500-dən çox mütəxəssisin iştirak edəcəyi konfrans Heydər Əliyev Sarayında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında təşkil ediləcək.

Qeyd edək ki, ölkə rəhbərliyinin mədəniyyətə olan yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan muğamı (2008), Azərbaycan aşıq sənəti (2009), Tar və onun ifaçılıq sənəti (2012) YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Mənbə: Trend informasiya agentliyi

Әlaqәli Xәbәrlәr