25-ci İstanbul Caz Festivalı başladı

İstanbul Mədəniyyət Vəqfi tərəfindən cari il sayca 25-si təşkil edilən İstanbul Caz Festivalı start götürdü.

1000658
25-ci İstanbul Caz Festivalı başladı

İstanbul Mədəniyyət Vəqfi tərəfindən cari il sayca 25-si təşkil edilən İstanbul Caz Festivalı start götürdü.

Festivalın açılış konserti “Zorlu PSM Ana Teatrında” keçirildi.

Konsertdən əvvəl festivalın 2002-ci ildən etibarən caz ustadlarına verdiyi “Ömür boyu müvəffəqiyyət mükafatı” kontrabasçı Nezih Yeşilnil, pianoçu və şərhçi Şövkət Uğurluer, ağız armonikası sənətçisi Əhməd Faiq Şənərə, "Ömürt Boyu Müvəffəqiyyət Mükafatı" təqdim edildi.

Mükafat mərasimindən sonrakı konsertdə 25 ildən bəri təşkil edilən festivala işıq tutan, Türkiyə caz səhnəsinin əhəmiyyətli solist və musiqi qrupları, Kamil Özlərin rəhbərlik etdiyi TRT Yüngül Musiqi və Caz Orkestrın müşayiətində müxtəlif əsərlər səsləndirildi.

Tədbir çərçivəsində 27 İyunda Uniq Açıq Hava səhnəsində amerikalı caz sənətçisi Melody Gardot, İstanbul Mədəniyyət Sənət Vəqfində isə caz pianoçusu, bəstəkar, aranjimançı və prodüser Çağrı Sertel səhnədə olacaq. 17 İyula qədər davam edəcək olan festival çərçivəsində 27 məkanda, 250-dən çox yerli və xarici sənətçinin iştirakı ilə 50 konsert veriləcək.



Әlaqәli Xәbәrlәr