TRT “Səssiz ölüm” sənədli filmilə İtaliyada mükafat qazandı

İtaliyada təşkil edilən “Beynəlxalq araşdırmaçı jurnalistika mükafatı”na “Səssiz ölüm” sənədli filmilə “TRT World” layiq görüldü.

986910
TRT “Səssiz ölüm” sənədli filmilə İtaliyada mükafat qazandı

İtaliyada təşkil edilən “Beynəlxalq araşdırmaçı jurnalistika mükafatı”na “Səssiz ölüm” sənədli filmilə “TRT World” layiq görüldü.

Türkiyə Radio Televiziya Qurumunun (TRT) açıqlamasında bildirilib ki,  “TRT World”ün “Off the Grid” sənədli film serialı Orta Şərqdəki qeyri-insani orqan ticarətini aşkara çıxaran “Səssiz ölüm” adlı hissəsilə dünyanın ən etibarlı araşdırmaçı jurnalistika mükafatları arasında yer alan “Documentari Inchieste Giornalismi” (DIG) mükafatlarında  “Ən yaxşı araşdırma” mükafatını qazandı.

Açıqlamada sənədli film serialının Suriyadan qaçan miqrantların həyatda qalmaq və orqan mafiası ilə apardığı mübarizəni mövzu götürdüyü diqqətə çatdırılaraq bildirilib ki, sənədli filmdə ailələrinə bir tikə çörək aparmaq ümidilə orqanlarını satan miqrantların yaşadıqları çətin vəziyyət həm zərər çəkən miqrantların həm də insan tacirlərinin ağzından şərh edildi. Sənədli film Livanda yaşayan suriyalı qaçqınların ərzaq və sığınacaq yer tapmağın qeyri-mümkün hala gəldiyi bu günlərdə həyatda qalmaq üçün dəyişik yollara müraciətlərini və bəzi orqanlarını sataraq yaşamaq üçün cəhd göstərmələrini mövzu götürüb.

Ailələrinə ərzaq aparmaq üçün çarə tapa bilməyən Əbu-Əhməd və Abdallahın adamın qanını donduran  hekayələri müsahibə və çox xüsusi kadrlarla ekrana çıxarılarkən, orqan ticarətinə necə daxil olduqları, müqabilində vəd edilən pulu belə ala bilmədikləri və yaşadıqları səhiyyə problemləri dəhşətli detalları ilə nümayiş etdirilir. Sənədli filmdə həmçinin, bu qeyri-qanuni əməliyyatlara şahid olmuş bir assistent cərrahın adamın qanını donduran müsahibəsi də ekrana çıxarılır.

Açıqlamada TRT-nin baş direktoru İbrahim Erenin bu sözləri də öz yerini tutub: “ TRT olaraq insanları hazırladığımız xəbərlərin mərkəzində yerləşdirərək səssizlərin səsi olmaqda davam edirik. Orqan ticarətini  Livanda şahidlərilə göstərərək dünyanın diqqətini bu ticarətə çəkən “Səssiz ölüm” sənədli filmimizi mükafata layiq gördüyü və suriyalıların bitməyən kədərlərini gündəmə çıxardığı üçün münsiflər heyətinə xüsusilə təşəkkür edirəm. TRT ailəsi olaraq xüsusilə son dövrdə layiq görüldüyümüz mükafatlara görə xoşbəxtik, qazanılan mükafatlara görə əməkdaşlarıma bir daha qəlbən təşəkkür edirəm.”



Әlaqәli Xәbәrlәr