Grammy mükafatlı Diego əl Cigala, İstanbulda konsert verəcək

Musiqi tənqidçiləri tərəfindən "Flamenkonun Sinatrası" olaraq xarakterizə edilən sənətçi, İstanbul Böyükşəhər Bələdiyyəsi Camal Rəşid Rey konsert salonunda sabah (9 May) saat 20.00-də pərəstişkarları  ilə bir araya gələcək.

966380
Grammy mükafatlı Diego əl Cigala, İstanbulda konsert verəcək

Cigala, konsertdə tanqo, bolero və flamenko ritmləri ilə duendə növünün repertuarından ibarət nümunələri səsləndirəcək.

Qeyd edək ki, əsl adı Diego Ramon Jimenez Salazar olan 50 yaşlı sənətçi, musiqi karyerasına 1997-ci ildə "Undebel" adlı albomla qədəm qoyub.

Sənətçinin 2003-cü ildə çıxardığı "Lagrimas Negras" albomu bir Grammy, 3 Premios də la Musica, bir ondas və 5 Amigo mükafatı qazanarkən, New York Times tərəfindən də ilin albomu seçilmişdir.

 

 



Әlaqәli Xәbәrlәr