Nina Zilli İstanbulda konsert verəcək

Nina Zilli kimi tanınan italyan müğənni Mariya Chiara Fraschetta mayın 10-da İstanbulda musiqisevərlərlə görüşəcək.

962456
Nina Zilli İstanbulda konsert verəcək

Nina Zilli kimi tanınan italyan müğənni Mariya Chiara Fraschetta mayın 10-da İstanbulda musiqisevərlərlə görüşəcək.
 
"Müasir Art" adlı son albomu ötən il işıq üzü görən müğənni dünya qastrolu çərçivəsində Türkiyəyə gələcək.
 
 Konservatoriyanın opera ifaçısı bölümünə 13 yaşında daxil olan sənətkar ilk dəfə Türkiyədə konsert verəcək.
 
 "The Jerks" adlı ilk qrupunu 1997-ci ildə yaradan və müxtəlif ölkələrdə yaşayan Fraschetta Nina Zilli adı ilə ilk singlını  "50mila"nı 2009-cu ildə təqdim etdi.
 
 "Sempre Lontano" albomu ilə böyük  uğurunu qazanan Nina Zilli İtaliyanı Eurovision Mahnı Müsabiqəsində "Lamore e femmina" mahnısı ilə təmsil etdi.

 

 



Әlaqәli Xәbәrlәr