Beynəlxalq media tədbirində Türkiyəni Anadolu Agentliyi təmsil etdi

Avropa Xəbər Agentlikləri Birliyi (EANA) Buxarest Konfransı Rumıniya Milli İnformasiya Agentliyinin (AGERPRES) ev sahibliyilə başlayıb.

959244
Beynəlxalq media tədbirində Türkiyəni Anadolu Agentliyi təmsil etdi

    Türkiyəni Anadolu Agentliyinin (Anadolu Ajans - AA) baş direktor müavini Mustafa Özkaya, Beynəlxalq Əməliyyatlar direktoru Ural Yaşıl təmsil edib.

  Konfransda 31 ölkədən AFP (Fransa), ANSA (İtaliya), TASS (Rusiya), AZƏRTAC (Azərbaycan), DPA (Almaniya), İGİD (İspaniya) və PA (İngiltərə) kimi xəbər agentliklərinin rəsmiləri yer alır.

  “Xəbər agentlikləri və dəyişən bazarlar: yeni məzmun inkişaf etdirmək üçün strategiyalar" başlıdlı konfransda üzv xəbər agentlikləri sektordakı problemləri və prosesləri müzakirə edərək agentliklərinin fəaliyyəti və layihələri haqqında məlumatlar verib.

  AA-nın təqdimatını edən baş direktor müavini M.Özkaya çıxışında bu sözləri deyib: “Anadolu Agentliyi bu ilin 6 aprelində 98-ci ildönümümüz kimi əlamətdar hadisəni qeyd etdik. AA 2017-ci ildə İndoneziya və ispan dillərində də yayına başlayaraq saytın dil sayını 13-ə çıxarıb… Original foto sahəsində agentliyimiz fərqlənir. Hər il dünyanın aparıcı metropol şirkətlərinin təşkil etdikləri "İstanbul Photo Awards" sərgisində beynəlxalq nüfuza malik münsiflər heyəti yer alır və yarışmaya maraq il-ildən çoxalır… Anadolu Agentliyi rəqəmsal media sektorunda informasiya texnologiyaları bazasını inkişafa davam edir. Türkiyə və regionunda aparıcı media qurumu olmağa davam edəcəyik”.



Әlaqәli Xәbәrlәr