Azərbaycan aşpazları Mahaçqalada "Vizit Dagestan 2018" festivalında iştirak edirlər

Məlumata görə, festivalda 20-dən çox ölkədən, o cümlədən Azərbaycandan aşpazlar iştirak edir.

937580
Azərbaycan aşpazları Mahaçqalada "Vizit Dagestan 2018" festivalında iştirak edirlər

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqalada ilk beynəlxalq qastronomiya festivalına - "Vizit Dagestan 2018"ə start verilib.

Məlumata görə, festivalda 20-dən çox ölkədən, o cümlədən Azərbaycandan aşpazlar iştirak edir. Festival 4 nominasiya üzrə keçirilir: restoran xidməti, aşpaz işi, çudu, piroqlar və digər şirniyyatlar. Festivalın mükafat fondu 140 min rubldur.

Festival çərçivəsində kulinariya çempionatı, kulinariya sahəsində aparıcı beynəlxalq hakimlərin və ekspertlərin ustad dərsləri, biznes-lanç keçiriləcək.

 

 

 

Mənbə:Azərtac



Әlaqәli Xәbәrlәr