İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açıldı

İstanbuldakı “Notist ART” sənət qalereyasında Azərbaycan mənşəli rəssam Teymur Ağaəlioğlunun fərdi rəsm sərgisi açılıb.

927397
İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açıldı

İstanbuldakı “Notist ART” sənət qalereyasında Azərbaycan mənşəli rəssam Teymur Ağaəlioğlunun fərdi rəsm sərgisi açılıb.

Sərgidə sənətkarın son illərdə peyzaj janrında sulu və yağlıboya ilə çəkdiyi əsərləri nümayiş etdirilir.

Türkiyənin incəsənət ictimaiyyətinin yaxından maraq göstərdiyi sərginin açılış mərasimində rəssam Teymur Ağaəlioğlu deyib: “Bu, mənim indiyə qədər Türkiyənin müxtəlif şəhərlərində açdığım 40-cı fərdi sərgimdir, iştirak etdiyim qrup sərgilərinin sayını isə bilmirəm. Sənətkarlar müəyyən mərhələləri keçəndən sonra qrup sərgilərində ciddi seçim apararaq iştirak etməlidirlər. Yaradıcılığımın bundan sonrakı mərhələsinin əsas hədəfi-Qərb ölkələrinin mühüm qalereyalarında fərdi sərgilər açmaqdır. Çünki Türkiyənin ən mühüm muzey, kolleksiya və qalereyalarında  mənim hədəfimi təmin edəcək qədər tablolarım var”.

Rəssam Teymur Ağaəlioğlu 1953-cü ildə Gürcüstanın Borçalı bölgəsində anadan olub. İncəsənət  təhsilini Əzimzadə adına Rəssamlıq məktəbində və Tbilisi İncəsənət akademiyasında alıb. 1990-cı illərin ortalarından bəri Türkiyədə yaşayan sənətkar, son illərdə yaradıcılıq işlərini İstanbulda  davam etdirir. Rəssam Ağaəlioğlu İstanbulun Tophane səmtində qurduğu sənət emalatxanasında təcrübəsini emalatxananın daimi müdavimləri ilə bölüşür.



Әlaqәli Xәbәrlәr