Amasranın 5 min illik tarixi qalıqları

Eradan əvvəl 3000-ci illərdə qurulduğu məlum olan Ellenistik, Roma, Bizans və Genuya dövrünün yaşayış yərlərindən Bartın vilayətinə bağlı Amasra qəsəbəsi 5 min illik tarixin izlərini mühafizə edir.

865624
Amasranın 5 min illik tarixi qalıqları

Eradan əvvəl 3000-ci illərdə qurulduğu məlum olan Ellenistik, Roma, Bizans və Genuya dövrünün yaşayış yerlərindən Bartın vilayətinə bağlı Amasra qəsəbəsi 5 min illik tarixin izlərini mühafizə edir.

Erkən bürünc dövründə salındığı düşünülən və iranlı şahzadə Amastrisin hakimiyyəti dövründə ən parlaq zamanını yaşayan Amasrada antik şəhərin 40 faizi tarlalarda torpaq altındadır.

Ellenistik, Roma, Bizans, Genuya, Səlcuqlu və Osmanlı dövrlərinə məxsus xeyli sayda əsərin olduğu qəsəbədə qazıntı fəaliyyətləri nəticəsində ortaya çıxan əsərlər tədqiq edildi. Nəticədə  antik dövrdə qəsəbədə görkəmli əsərlər olduğu ortaya çıxdı. Bugünə qədərki fəaliyyətlərdə ortaya çıxan əsərlər qəsəbənin tarixinin 5 min illik keçmişə sahib olduğu barədə önəmli dəlillər təqdim edir. Antik şəhər əsərlərinin yarısının isə yaşayış yeri kimi istifadə edilməyən ərazilərdə torpaq altında olduğu düşünülür.

Amasra muzey müdiri Baran Aydın Amasranın Əgə, Aralıq dənizi ilə keçmiş Yunan və Roma şəhərləri kimi bir antik şəhər və o dövrlərin bir əyalət mərkəzi mövqeyində olduğuna diqqət çəkib.

Arxeoloji qazıntıları nəticəsində gün işığına çıxarılan əsərlərin geniş  yaşayış sahəsində yerləşdiyini göstərdiyini və hazırda 6 min əhalisi olan qəsəbədə Roma dövründə 40-50 min insanın yaşadığını sübuta yetirdiyini də qeyd edən Aydın bunu qəsəbəyə gələn yerli və xarici elm adamları ilə aparılan araşdırmaların da göstərdiyini vurğulayıb.

Aydın qəsəbədəki mədəniyyət irsinin təxrib olmaması, məhv edilməməsi və itib-batmaması üçün nə lazımdırsa yerinə yətirilməsinin vacibliyini dilə gətirib və özlərinin də fəaliyyətlərini bu minvalda davam etdirdiklərini söyləyib.



Әlaqәli Xәbәrlәr