"Zümrüd-ü Anka" müzikli Sarayevoda nümayiş olundu

Türkiyənin Yunus Əmrə İnstitutunun dəstəyi ilə təşkil olunan "Zümrüd-ü Anka" (Zümrüd Simurq quşu)  müzikli Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda səhnəyə çıxdı.

854785
"Zümrüd-ü Anka" müzikli Sarayevoda nümayiş olundu

Türkiyənin Yunus Əmrə İnstitutunun dəstəyi ilə təşkil olunan "Zümrüd-ü Anka" (Zümrüd Simurq quşu)  müzikli Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda səhnəyə çıxdı.
 
 Tamaşaçıları ovsunlayan tədbirdəTürk mədəniyyətini əks etdirən mahnılar və rəqslər nümayiş olundu.
 
 "Zümrüd-ü Anka" yanaraq ölən və hər dəfə küllərindən doğulan simurq quşunun əfsanəsidir.
 
 Bosniya Mədəniyyət Mərkəzinin səhənəsinə çıxarılan müzikli izləməyə Türkiyənin Sarayevo səfiri Haldun Koç, Sarayevo Yunus Əmrə İnstitutunun direktoru Mehmet Akif Yaman, Türk qurum və təşkilatlarının nümayəndələri və çox sayda sənətsevər gəldi.
 
 Həyəcanlı anların yaşandığı gecədə TRT-nin Musiqi  Departamentinin 45 nəfərlik xoru, orkestr və rəqs qrupu ilə birlikdə çıxış etdi.
 
 Tamaşaçıların nəfəslərini kəsərək izlədiyi rəngarəng çıxışda Türk mədəniyyətini əks etdirən mahnılar səsləndirildi, rəqslər ifa olundu.
 
 Səfir Koç tamaşadan əvvə etdiyi çıxışında  "Zümrüd-ü Anka" müziklinin Türkiyənin Balkan ölkələri və Bosniya və Herseqovina ilə nə qədər iç-içə olduğunu göstərdiyini söylədi.
 
  "Zümrüd-ü Anka" müziklinin aranjemançısı və dirijoru Musa Göçmen də, Balkan ölkələri qastrolunun  çox həyəcanlı keçdiyini , hər getdikləri ölkədə böyük bir maraqla qarşılandıqlarını bildirdi.
 
 TRT-nin məhsulu olan müzikl Yunanıstan, Makedoniya və Albaniyada da səhnəyə çıxıb.
 
"Zümrüd-ü Anka"  müzikli Bosniya və Herseqovinadan sonra  Xorvatiya, Serbiya, Rumıniyada nümayiş olunacaq.
 
 Balkan qastrolunun son ünvanı  Bolqarıstandır.  Zümrüd-ü Anka"  müzikli bu ölkədə dekabrın 13-də səhnəyə çıxacaq.
 
 



Әlaqәli Xәbәrlәr