Məşhur "Bollywood" aktyoru Hindistanda Antalyanın siması olmaq istəyir

"Bollywood"un tanınmış aktyorlarından biri olan John Abraham Antalyaya aşiq olduğunu dedi.

842560
Məşhur "Bollywood" aktyoru Hindistanda Antalyanın siması olmaq istəyir

Məşhur "Bollywood" aktyoru John Abraham Antalya valisi Münir Karaloğlu ilə görüşdü.

John Abraham görüşdə  futbol komandası ilə birgə Antalyada olduğunu,  daha əvvəllər də bu şəhərə film çəkilişləri ilə əlaqədar gəldiyini və şəhərə heyran qaldığını söylədi.

Məşhur aktyor:"Hindistanda Antalyanın siması olmaq istəyirəm. İdman və mədəniyyət sahələrində Antalyanı orda, Hindistanı burada təmsil etməyi arzun edirəm"dedi.

 Antalya valisi Münir Karaloğlu həm idman, həm incəsənət sahəsində iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verdiyi  üçün John Abrahama təşəkkür etdi. Hindistan ilə Türkiyə araslnda hər sahəyə aid əlaqələrin intensivləşməsini arzu etdiklərini dilə gətirdi.

Görüşün sonunda Karaloğlu Abrahama vaza hədiyyə etdi.

 



Әlaqәli Xәbәrlәr