Jerar Departye İstanbulda kokorec yeyərkən heyranları tərəfindən yaxalandı

54-cü Beynəlxalq Antalya Film Festivalı üçün Türkiyəyə gələn məşhur aktyorlardan biri də Jerar Departye (Gerard Depardieu) idi.

834952
Jerar Departye İstanbulda kokorec yeyərkən heyranları tərəfindən yaxalandı

  Antalyadan dünən (25 oktyabr) səhər İstanbula gələn fransız aktyor Beşiktaşda "Kartal Kokorec" restoranında kokorec yeyərkən heyranları tərəfindən tanınıb və onlar Jerar Departye ilə şəkli çəkdiriblər.

  Aktyor sosial media “Twitter”dən həmin şəkilləri paylaşıb.

  Xatırladaq ki, J.Depardye 2013-cü ildə Rusiya vətəndaşı olub, bundan 2 il sonra könüllü olaraq Fransa vətəndaşlığından imtina edib.

  Fransız aktyor keçən il Antalya Film Festivalı üçün Türkiyəyə gəlmişdi.



Әlaqәli Xәbәrlәr