II Beynəlxalq "Skylife" Foto Müsabiqəsinə müraciətlər başlandı

Müraciətlərin qəbulu 1 noyabra qədər davam edəcək.

833950
II Beynəlxalq "Skylife" Foto Müsabiqəsinə müraciətlər başlandı

  Türkiyə Hava Yolları (THY) tərəfindən təşkil olunan II Beynəlxalq Skylife Foto Müsabiqəsinə müraciətlər başlandı.

  Bu il "City and Children” başlığıyla olacaq yarışda mükafat qazanan fotolar İstanbul və xaricdə açılacaq sərgilərdə sənət sevərlərə təqdim olunacaq.

  Müraciətlərin qəbulu 1 noyabra qədər davam edəcək.

  Beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək qaliblər 9 dekabrda keçiriləcək mükafatvermə mərasimində açıqlanacaq.

  Müsabiqəyə dünyanın hər yerindən olan uşaq və onların şəhərlə əlaqəsini təsvir edən şəkillər təqdim olunmalıdır.

  THY-nin təyyarəiçi jurnalı “Skylife”ın təklifilə keçirilən müsabiqə çərçivəsində qalib əsərlər və onların hekayələri bu jurnalda dərc ediləcək.



Әlaqәli Xәbәrlәr