“TRT World”-ün İstanbulda təşkil etdiyi simpozium bugün start alır

Müxtəlif ölkələrdən 400-ə yaxın siyasətçi, iş adamı, akademik, aktivist və jurnalist bu formda bir araya gələcək.

825968
“TRT World”-ün İstanbulda təşkil etdiyi simpozium bugün start alır

İstanbul oktyabrın 18-də qlobal problemlərin müzakirə olunacağı böyük simpoziuma ev sahibliyi edəcək.

Simpoziumun açılış hissəsində Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan çıxış edəcək. Tədbiri isə Türkiyənin beynəlxalq arenadakı səsi İngilizcə yayım aparan “TRT World” təşkil edəcək.

“TRT World”ün; aktual, mədəniyyət, siyasi, iqtisadi və sosial problemlərə həll yolları axtarmaq məqsədi ilə keçirəcəyi “TRT World Forum” müxtəlif ölkələrdən 400-ə yaxın siyasətçi, iş adamı, akademik, aktivist və jurnalisti bir araya gətirəcək.

“Qeyri-müəyyənlik çağında dəyişikliyə ilham olmaq” teması ilə keçiriləcək form ənənəvi hala gətiriləcək.

“TRT World Forum”un məruzəçiləri arasında; referendum böhranı yaşayan İspaniyanın keçmiş baş naziri Jose Lius Rodriguez Zapatero, Malcolm X-in qızı aktivist İlasah Shabazz, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Cənubi Afrikanın İnkişaf naziri Bathabile Olive Dlamini, TRT-nin Baş direktoru İbrahim Ərən və RUSİ-nin direktoru Karin von Hippel də yer tutur.

İngiltərə Xarici İşlər Nazirliyində İnanc və Topluluqlardan məsul nazirlik vəzifəsindən ölkəsinin Qəzza siyasətinə görə istefasını verən İngiltərənin ilk müsəlman qadın naziri Barones Sayeede Warsi də məruzəçilər arasındadır.

Gündəmdəki siyasi məsələlərin və medianın məsuliyyətinin müzakirələrin mərkəzində olacağı forumda xarici düşmənçiliyi və İslamofobiya, humanitar yardım, beynəlxalq sistemin yaşadığı böhran və bununla bağlı həll təklifləri kimi mövzularla əlaqəli iclaslar keçiriləcək.

Oktyabrın 18-də axşam saatlarında keçiriləcək “TRT World Citizen” layihəsinin təbliğatında “TRT World”ün humanitar böhranlara diqqət çəkmək üçün qaldırdığı sosial məsuliyyət təşəbbüsü tanış ediləcək.

Layihənin mövzusu isə itkin düşən qaçqın uşaqlardır. Bununla yanaşı qaçqınlara dair sənədli film fəaliyyətləri də aparılacaq.

Forum və iştirakçılarla əlaqəli təfərruatlı məlumat forum.trtworld.com ünvanından əldə edilə bilər.



Әlaqәli Xәbәrlәr