Türkiyəli pianoçular Avstriyada birinci oldu

Türkiyəli pianoçular Damla Koşar və Meral Gülgün Ünal Avstriyada keçirilən beynəlxalq klassik musiqi müsabiqəsindən mükafatla qayıdıblar.

812789
Türkiyəli pianoçular Avstriyada birinci oldu

   12 avqustda paytaxt Vyanada təşkil edilən Beynəlxalq Vyana Qrand Pri Virtuoz 2017 Müsabiqəsində (International Music Competition Vienna Grand Prize Virtuoso) iştirak edən gənc pianoçular Damla Koşar və Meral Gülgün Ünal birinci olublar.

  Mükafatı təqdimetmə mərasimindən sonra Türkiyənin Avstriyadakı səfiri Mehmet Ferden Çarıkçı qalib pianoçuları qəbul edib. Onlar səfirlikdə də konsert veriblər. Konsertdə BMT-nin Avstriya üzrə daimi nümayəndəsi Əminə Birnur Fertekligil, Türkiyənin Vyanadakı Baş konsulu Tayyar Kağan Atay və digər rəsmi qonaqlar da iştirak edib.

 



Әlaqәli Xәbәrlәr