13 yaşlı Kaan Turan dünya birincisi oldu
İtaliyada təşkil olunan Beynəlxalq Tadini Musiqi Müsabiqəsinə İzmirdən qatılan Kaan Turan 11-13 yaş kateqoriyasında birinci oldu.
801587

Yaşar Universitetindən verilən məlumata görə, universitetin nəzdində olan Musiqi Akademiyasında 6 yaşından etibarən fortepiano sinfində təhsil alan Kaan Turan İtaliyanın Bergamo şəhərində təşkil olunan Beynəlxalq Tadini Müsabiqəsində iştirak edib.
17 ölkədən 45 nəfərin qatıldığı müsabiqədə Fazıl Sayın "Qara Torpaq", Şopenin "İnqilabi etüd" və Motsartın "La Minor" sonatasını səsləndirən Kaan Turan 11-13 yaş kateqoriyasında birinci yeri qazanıb.
Әlaqәli Xәbәrlәr

Antalya mәşhur aktrorlara ev sahibliyi edәcәk
Turizmin paytaxtı Antalya Hollywood ulduzlarını qəbul etməyə hazırlaşır.