İspaniyalı aşpaz Qaziantepin ləzzətlərini öyrənməyə gəldi

İspaniyalı aşpaz Paco Morales Qaziantep ləzzətlərini ölkəsində tanıtmaq istəyir.

797301
İspaniyalı aşpaz Qaziantepin ləzzətlərini öyrənməyə  gəldi

İspaniyada "Michelin ulduzlu" adlı  iki restoranın baş aşpazı olan Paco Morales  yemək  sahəsində UNESCO  tərəfindəndən "Yaradıcı Şəhərlər Şəbəkəsi"nə daxil edilən Qaziantepin yerli ləzzətlərini öyrənmək və ölkəsində tanıtmaq məqsədilə şəhərə gəldi.
 
 Morales Şəhər Bələdiyyəsi nəzdində fəaliyyət göstərən Mətbəx Sənətləri Mərkəzinə getdi, Qaziantepdə olmasının səbəbinin şəhərin yerli ləzzətlərini kəşf etmək olduğunu bildirdi.
 
 İspaniyanın Kordoba şəhərində "Michelin ulduzlu" adlı iki restoranının olduğunu bildirən Morales: "Müştərilərimizə üç mədəniyyətin-  İslam, Yəhudilik və Xristianlıq mədəniyyətlərinin mətbəxinə aid yeməkləri təqdim edirik"dedi.

 Morales  əsrlər boyu fərqli mədəniyyətlərə ev sahibliyi edən Qaziantepin zəngin mətbəx mədəniyyəti olduğunu ifadə etdi.
 
 Mətbəx Sənətləri Mərkəzinin baş aşpazı  Doğa Çitçi qonaqlarının İspaniyanın məşhur aşpazı olduğuna görə şad olduqlarını qeyd etdi və Moralesin İspaniyada Qaziantepin ləzzətlərini nümayiş etdirəcəyini söylədi.



Әlaqәli Xәbәrlәr