Azərbaycanlı kinorejissoru E.Musaoğlunun 15 İyul sənədli filmi

Azərbaycanlı kinorejissorun gözündən 15 İyul çevriliş cəhdi...

781636
Azərbaycanlı kinorejissoru E.Musaoğlunun 15 İyul sənədli filmi

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 2016-cı il iyulun 15-dəki çevriliş cəhdi Azərbaycanlı sənətçilər və o gecə Türkiyədə olub çevriliş cəhdinə qarşı müqavimət göstərən Azərbaycanlıların gözündən sənədli film olaraq hazırlandı.

Çəkilişlərinə may ayında, Azərbaycanın paytaxtı Bakıda başlanılan sənədli film 9-16 noyabrda keçiriləcək “7-ci Malatya Beynəlxalq Film Festivalı” çərçivəsində tamaşaya qoyulacaq.

Sənədli filmin rejissoru Azərbaycanlı Elçin Musaoğlu 2 ayrı qrup olaraq həm Azərbaycanda həm də Türkiyədə çəkilişlərin olduğunu söyləyib.

Musaoğlu 15 iyulun Azərbaycanda onlar üçün də çox çətin olduğunu bildirərək, o gecə səhərə qədər yatmadıqlarını dilə gətirib.

Çevriliş cəhdi öz ölkələrində baş vərirmiş kimi hiss etdiklərini deyən Musaoğlu Türkiyənin onlar üçün bütün Türkcülüyün zəmanəti olan bir ölkə və belə bir şəyin baş verməsinin onlar üçün xeyli çətin olduğunu bildirib. O deyib ki, çox çətin bir gecə idi əslində və səhər radələrində əsgərlərin təslim olduqları xəbərləri yayıldıqtan sonra rahatlaşdıq.

Türkiyədə yaşayan Azərbaycanlıların 15 iyulda meydanlara çıxmasından qürur duyduğunu sözlərinə əlavə edən kinorejissor onu da deyib ki, Türkiyədəki çəkilişlər İstanbul, Ankara və Malatyada oldu. Xeyli nəfərin şahidliklərini sənədli filmdə əks etdirdik. Azərbaycanlı müğənni Azərin də “15 İyul gecəsi” adlı əsəri ilə sənədli filmdə yer alacaq.



Әlaqәli Xәbәrlәr