Beynəlxalq Boğaziçi Film Festivalına müraciət edilə bilər

17-26 noyabrda baş tutacaq festival çərçivəsində keçiriləcək Milli uzun metraj  film müsabiqəsi və Milli kısa film müsabiqəsi üçün son müraciət tarixi 15 sentyabr 2017-dir.

779311
Beynəlxalq Boğaziçi Film Festivalına müraciət edilə bilər

Mədəniyyət və Turizm Nazirliyinin dəstəklərilə Beynəlxalq Boğaziçi Kino Dərnəyi və İstanbul Media Akademiyasının 5-ci dəfə təşkil edəcəyi Beynəlxalq Boğaziçi Film Festivalı çərçivəsində keçiriləcək “Milli uzun metraj film müsabiqəsi” və “Milli qısa film müsabiqəsi” üçün müraciətlər başlayıb.

İstanbul Media Akademiyasının verdiyi açıqlamaya əsasən, 17-26 noyabrda baş tutacaq festival çərçivəsində keçiriləcək Milli uzun metraj  film müsabiqəsi və Milli kısa film müsabiqəsi üçün son müraciət tarixi 15 sentyabr 2017-dir.

Milli uzun metraj  film müsabiqəsi çərçivəsində “Ən yaxşı film” seçilən əsər 100 min lirə mükafat alacaq. Həmçinin “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor”, “Ən yaxşı aktrisa” nomanasiyaları ilə “Ən yaxşı obraz” və “Ən yaxşı qurğu” nominasiyalarında da mükafatlar təqdim ediləcək.

Müsabiqə əsaslarını və sənədlərini festivalın internet səhifəsi olan www.bogazicifilmfestivali.com ünvanından əldə etmək mümkündür.



Әlaqәli Xәbәrlәr