Harun Kolçak dünyasını dəyişdi

Uzun olmayan yaradıcılıq həyatına çox sayda bəstəkar musiqisi, albom və konsertlər sığdırdı Harun Kolçak və özündən sonra onu sevənlərə hədiyyə etdi.

774709
Harun Kolçak dünyasını dəyişdi

  Türkiyə estrada musiqisinin əfsanəvi adlarından biri, müğənni, bəstəkar və şair Harun Kolçak 62 yaşında İstanbulda həyatla vidalaşdı.

  Uzun olmayan yaradıcılıq həyatına çox sayda bəstəkar musiqisi, albom və konsertlər sığdırdı Harun Kolçak və özündən sonra onu sevənlərə hədiyyə etdi.  

  Harun Kolçak 2014-cü ildən bəri xəstə yatırdı.

  Ölkənin Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş ona Allahdan rəhmət, ailəsinə, yaxınlarına, sevənlərinə və sənət dünyasına başsağlığı diləyib və deyib: “Sənətçi şəxsiyyətini hörmətlə daşıyan Kolçak qiymətli işləri ilə hər zaman sevgi və hörmətlə yad ediləcək".

  Sənətkarın cənazəsi İstanbul Teşvikiye məscidində bu gün (cümə günü) günorta cənazə namazından sonra qaldırılaraq Bursansanın Gemlik qəsəbəsində anasının məzarının yanında torpağa tapşırılacaq.


Etiketlәr: #Harun Kolçak

Әlaqәli Xәbәrlәr