Qazaxıstanın paytaxtında “Astana Arkau” ənənəvi türk musiqisi festivalı keçirilir

Qazaxıstanın paytaxtı Astanada keçirilən “Astana Arkau” ənənəvi türk musiqisi festivalında Türkiyə, Qazaxıstan və Azərbaycanla yanaşı ilk dəfə Avşar və Salar Türklərindən sənətçilər də iştirak edib.

764069

 “Astana Arkau”da iştirakçıların ifa etdikləri musiqi əsərləri həmin xalqların adətlərində və müxtəlif milli ayinlərində istifadə olunur.

Festivalın təşkilatçısı Askar Umarov ənənəvi Türk musiqisini Astanada təqdim etmək istədiklərini vurğulayaraq deyib ki, musiqi xalqları birləşdirən misilsiz və müdəqqəs dildir. Bütün musiqilərin ortaq kökü var. Bu il festivalda ilk dəfə Avşar və Salarlar da iştirak etdi. Salarlar Çindən gəldi. 100 min əhaliyə sahib və Oğuz ləhcəsində danışırlar. Avşarlar Cənubi İrandan gələn türk mənşəli etnik qruplardır.

Umarov festivala iştirakın hər il artmaqda davam etdiyini də dilə gətirib.

Әlaqәli Xәbәrlәr