Əfqanıstanda ilk qadın televiziyası - ZanTv fəaliyyətə başladı
"Qadınlara özlərini işləri ilə isbat etmələri üçün fürsət veririk", H.Sahar.
745699
Fransa telekanalı TV5-ə müsahibə verən ZanTv kanalının prodüseri Hamid Sahar yeni televiziyanın qadın hüquqlarını işıqlandırmaq baxımından mühüm addım hesab edib.
Kanalda çalışanların çoxunun qadın və cəmi 14 kişidən ibarət texniki qrupun olduğunu söyləyən H.Sahar: "Qadınlara özlərini işləri ilə isbat etmələri üçün fürsət veririk. Bu televiziya kanalı əfqan cəmiyyəti və qadınının inkişafına əhəmiyyətli dərəcədə təsiur edəcək," - deyib.